Pakistanın Pəncab əyalətində yerləşən Lahor şəhərinin beynəlxalq aeroportunda naməlum şəxs ətrafdakı insanlara atəş açıb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində ən azı iki nəfər həlak olub, bir nəfər xəsarət alıb.
Cinayətkarın saxlanılaraq polis bölməsinə aparıldığı bildirilir. Hazırda hava limanına əlavə polis qüvvələri cəlb olunub. Təhlükəsizlik səbəbindən aeroport ərazisinə avtomobillərin girişi qadağan edilib.
İnsident sərnişinlər arasında çaxnaşmaya səbəb olub.