logo

Ötən ay dünya tarixində ən isti iyun ayı olub

22:31 02-07-2019 | icon 2863
Ötən ay dünya tarixində ən isti iyun ayı olub

Ötən ay dünyada ən isti iyun ayı kimi tarixə düşüb.

YeniAvropa xəbər verir  ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı məlumat yayıb.

Bildirilib ki, hələlik Yer kürəsini cənginə alan bu isti hava axınını iqlim dəyişikləri ilə əlaqələndirmək bir qədər çətindir və bu araşdırmalar tələb edir.

Qeyd edilib ki, Avropada temperatur rekordu iyunun 28-də Fransada , Qallarq-le-Montyo şəhərində qeydə alınıb- 45,9°. Bu, hesabatların aparılmağa başladığı tarixdən indiyədək ölkədə qeydə alınmış ən yüksək rəqəmdir. Almaniyada isə ən yüksək temperatur iyunun 30-da qeydə alınıb- 39,6°