Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Zülfiyə Amanjolova bu ölkənin Xəzərin məsələləri üzrə yeni xüsusi nümayəndəsi təyin edilib.
YeniAvropa "Kazinform" informasiya agentliyinə istinadla xəbər verir ki, Zülfiyə Amanjolova bundan əvvəl Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri olub. O, bu vəzifədə dövlət sərhədləri və Xəzər dənizinin statusunun müəyyən edilməsi məsələləri ilə məşğul olub. Zülfiyə Amanjolova dəfələrlə mətbuata Xəzərin statusuna dair Konvensiya, habelə Birgə özbək-qazax demarkasiya komissiyasının fəaliyyəti ilə bağlı açıqlamalar verib.
Qeyd edək ki, Zülfiyə Amanjolova peşəkar diplomatdır və uzun müddət Qazaxıstan XİN-in beynəlxalq hüquq departamentinə rəhbərlik edib.