Almaniyanın Aşağı Saksoniya əyalətində Bundesverə (AFR Silahlı Qüvvələri) məxsus hərbi təyyarə qəzaya uğrayıb.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı Focus Online nəşri Almaniya Yanğınsöndürmə Xidmətinə əsasən yayıb. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində ən azı bir nəfər həlak olub. İnsident Ertsen kommunasının yaxınlığında Xameln-Pirmont rayonunda baş verib. Helikopter meşəlik əraziyə düşərək yanıb.
Bu, son səkkiz gündə Bundesverin Hərbi Hava Qüvvələrinin texnikasında baş vermiş ikinci qəzadır. İyunun 24-də Almaniyanın şimalındakı Mürits gölü ərazisində Eurofighter Typhoon markalı iki qırıcı təyyarə toqquşmuş və pilotlardan biri həlak olmuşdu.