ABŞ Hərbi Dəniz Qüvvələrinin "Karni" esminesi Qara dənizə daxil olub.
YeniAvropa "RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə gəmilərin hərəkətini izləyən "MarineTraffic" xidməti məlumat yayıb.
Birləşmiş Ştatların 6-cı donanmasından bildiriblər ki, HDQ-yə məxsus gəmi "Sea Breeze 2019" hərbi-dəniz təlimlərində iştirak edəcək.
Qeyd edək ki, "Sea Breeze 2019" hərbi-dəniz təlimləri iyulun 1-i strat götürür. Təlimlərdə 19 ölkənin 32 gəmisi və 24 təyyarəsi iştirak edəcək.