ABŞ prezidenti Donald Tramp Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında faktiki sərhəd rolunu oynayan demilitarizasiya zonasında Şimali Koreya lideri Kim Çen In ilə görüşəcək.
YeniAvropa "Yonhap" agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidenti Mun Ce-in Seulda ABŞ prezidenti Donald Tramp ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Donald Tramp, öz növbəsində, bu faktı təsdiqləyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyunun 29-da özünün "Tvitter" səhifəsində Cənubi Koreyada səfərdə olacağını, əgər sədr Kim istəyərsə, demilitarizasiya zonasında onunla görüşüb hal-əhval tutmaq istədiyini yazmışdı. ABŞ prezidenti KXDR lideri ilə belə qısa görüşün yaxşı ola biləcəyini də qeyd edib.