logo

Məhəmməd Zərif : ABŞ-ın sanksiyalarına müqavimət göstərəcəyik

19:55 29-06-2019 | icon 2737
Məhəmməd Zərif : ABŞ-ın sanksiyalarına müqavimət göstərəcəyik

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün özünün "Twitter" səhifəsində qeyd edib ki, İran xalqı ABŞ-ın tətbiq etdiyi sərt sanksiyalara müqavimət göstərəcək.

 YeniAvropa "Reuters" agentliyinə istinadla xəbər verir ki, iranlı nazir yazıb: “1980-cı illərdə İraqın lideri Səddam Hüseynin İran şəhərinə kimyəvi silahla hücum etməsinə dözən xalqımız Birləşmiş Ştatların sanksiyaları qarşısında da duruş gətirəcək. Biz o vaxt həmin sınaqdan çıxdıq və indi də bunu edəcəyik”.

Məhəmməd Cavad Zərif əlavə edib ki, İraqla müharibə zamanı Sərdəşt şəhərinə kimyəvi silahlarla hücum vaxtı iranlılar buna mətanətlə dözdülər. “Biz Qərbin Səddamı necə silahlandırdığı və dəstəklədiyini unutmamışıq. BMT Təhlükəsizlik Şurası da heç bir zaman həmin hadisəni pisləməyib”.