Gürcüstan parlamenti ölkə Konstitusiyasına dəyişiklik edəcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, dəyişiklik parlament seçkilərində proporsional seçki sisteminin tətbiqi ilə əlaqədardır.
Qeyd edək ki, Gürcüstanda müxalifətin keçirdiyi etiraz aksiyalarında irəli sürülən tələblərdən biri də 2020-ci ildə parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsi idi. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası müxalifətin tələbini nəzərə alıb və Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb.
Qanun layihəsi artıq parlamentə təqdim olunub.