Qara dənizin Gürcüstan sahillərində 4 bal gücündə qasırğa olub. Bununla əlaqədar bu günlərdə dənizdə çimmək qadağan olunub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, vəziyyətlə əlaqədar olaraq dənizdə xilasedici qrupların sayı artırılıb. Bununla belə, dənizə girmək, çimmək qadağan edilib.
Yaxın saatlarda daha güclü qasırğanın olacağı gözlənilir.
Gürcüstanın əlaqədar təşkilatları iyulun 1-dək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli aşağı düşəcəyi, leysan yağışlarının yağacağı, dolu düşəcəyi və güclü külək əsəcəyi barədə məlumat yayıb.
Hava şəraitinin iyulun 2-dən etibarən yaxşılaşacağı gözlənilir.