ABŞ-ın Minnesota ştatının Breynerd-Leyks regional aeroportunda təcili yardım helikopteri qəzaya uğrayıb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, aviaqəza nəticəsində tibb bacısı və pilot həlak olub, digər heyət üzvü yaralanıb. Qəza zamanı helikopterin içində pasiyent olmayıb. Helikopterin məxsus olduğu “North Memorial Health” xəstəxanasının bəyanatına görə, qəza gecə saat 1-də baş verib. Breynerd-Leyks Minneapolisdən təqribən 204 kilometr şimal-qərbdə yerləşir.
Pilot və tibb bacısı hadisə yerində həlak olub. Ciddi xəsarətlər almış digər pilot Breynerd-Leyksdəki Müqəddəs İosif Tibb Mərkəzinə çatdırılıb.