logo

Ekrem İmamoğlu “SOCAR Türkiye”nin keçmiş rəhbərini özünə müşavir etdi

11:49 29-06-2019 | icon 2779
Ekrem İmamoğlu “SOCAR Türkiye”nin keçmiş rəhbərini özünə müşavir etdi

İstanbulun yeni seçilən bələdiyyə başqanı Ekrem İmamoğlu ötən gün ilk təyinatlarını həyata keçirib. 

YeniAvropa Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ekrem İmamoğlu “SOCAR Türkiye” şirkətinin keçmiş icraçı direktoru Yavuz Erkutu özünə müşavir təyin edib.

Xatırladaq ki, Yavuz Erkut 2005-2015-ci illərdə TÜPRAŞ şirkətinin (Türkiye Petrol Rafinerileri A.Ş.) icraçı direktoru olub. Daha sonra yaş həddi ilə bağlı pensiyaya çıxıb və “SOCAR Türkiye”-nin rəhbəri işləyib.

Bundan əvvəl KİV-lər Ekrem İmamoğlunun Yavuz Erkutu İstanbul bələdiyyəsinin Baş katibi vəzifəsinə təyin edəcəyi haqda yazırdı. Həmin vəzifə bələdiyyə başqanından sonra statusuna görə ikincidir.