logo

Sabiq prezident Atambayevlə bağlı  ölkədə gərginlik artır

14:58 28-06-2019 | icon 3297
Sabiq prezident Atambayevlə bağlı  ölkədə gərginlik artır

Qırğızıstanda sabiq prezident Almazbek Atambayevin toxunulmazlıq hüququnun parlament tərəfindən ləğv edilməsi ilə bağlı gərginlik artır. Bişkek yaxınlığındakı Kok-Taş kəndində, sabiq prezidentin yaşadığı evin qarşısında Almazbek Atambayevin tərəfdarlarından və jurnalistlərdən ibarət qərargah yaradılıb .

YeniAvropa  "Azadlıq Radiosu"na istinadla xəbər verir  ki, qərargaha 500-dən artıq  tərəfdar yığılıb. 

Xatırladırıq ki, iyunun 27-də Qırğızıstan parlamenti-Joqorku Keneş sabiq prezident Almazbek Atambayevin ittiham edilməsi və toxunulmazlıq statusunun ləğv olunması barədə qərar qəbul edib. Parlamentdən baş prokurorluğa Almazbek Atambayevlə bağlı göndərilən altı maddəlik ittihamın beşində o, günahkar bilinib. 

A.Atambayev isə parlamentin qəbul etdiyi qərarı “absurd” adlandırıb və deyib ki, dövlət başçısı kimi xalqa qarşı heç bir cinayət törətməyib.

Xatırladaq ki, A.Atambayev qanun pozuntusu ilə bağlı beş epizod üzrə şübhəli bilinir. Belə ki, onu torpaq sahələrinin profilinin dəyişdirilməsində, Bişkək İEM-in yenidən qurulmasında korrupsiyada, criminal avtoritet Əziz Batukayevin qanunsuz olaraq həbsdən buraxılmasında, həmçinin paytaxtdakı İEM-ə qanunsuz kömür təchizatına yardımçı olmaqda və yaşayış evinin tikilməsi üçün Çuy vilayətinin Koy-Taş kəndində qanunsuz torpaq sahəsinin alınmasında ittiham edirlər.

Atambayev 2011-2017-ci illərdə Qırğızıstanın prezidenti olub və birinci prezidentlik müddətindən sonra könüllü olaraq vəzifəsindən getmiş ilk dövlət başçısıdır.