Yaponiyanın Osako şəhərində "G20" ölkələrinin sammiti çərçivəsində Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
YeniAvropa “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Rusiya və Türkiyə prezidentləri ayaqüstü qısa görüş keçiriblər. Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.
İki ölkə liderinin "G20" ölkələrinin sammiti çərçivəsində geniştərkibli görüşü iyunun 29-na nəzərdə tutulub.