Türkmənistanda təbii qazdan hazırlanan benzinin ilk partiyası Əfqanıstana göndəriləcək
Türkmənistanda təbii qazdan istehsal olunmuş benzinin ilk partiyası Əfqanıstana göndəriləcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bunu Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov iyunun 28-də təbii qazdan benzin istehsalı üzrə zavodun açılışında çıxışı zamanı söyləyib.
Türkmənistan dövlətinin başçısı deyib: ”Bu günlərdə 60 ton həcmində ilk benzin partiyası istehsal olunacaq və humanitar yardım kimi Əfqanıstana göndəriləcək”.