Yaponiyada keçirilən "G20" ölkələrinin sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Trampın görüşü olub.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, görüşdə İran, Suriya, Venesuaela və Ukraynadakı vəziyyət müzakirə edilib.
Rusiya mətbuatının yaydığı xəbərə görə, tərəflər Rusiya və ABŞ arasında münasibətlərin yaxşılaşmasının hər iki ölkənin maraqlarına uyğun gəldiyini bildiriblər. Bundan əlavə, prezidentlər silahlara müasir nəzarət modelinə dair danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, bu, iki ölkə liderinin sayca 3-cü görüşüdür. Bundan əvvəl onlar Buenos-Ayresdə və Helsinkidə görüşmüşdülər.