Rusiyanın “Aeroflot” aviaşirkəti iyulun 1-dən yanacaq rüsumunun məbləğini artırır.
YeniAvropa xəbər verir ki, “Aeroflot” şirkəti iyulun 1-dən bir sıra istiqamətlərdə, o cümlədən Azərbaycana uçuşlar üçün yanacaq rüsumunun məbləğini artıracaq.
Şirkət daxili istiqamətlərdə uçuşlar üçün yanacaq rüsumunun məbləğini 2465 rubldan 2700 rubladək, Moskvadan Sankt-Peterburqa, habelə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Türkmənistan, Ermənistan və Gürcüstana aviareyslər üçün isə 1080 rubldan 1440 rubladək artırır.