ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin Yaponiyanın Osaka şəhərində keçiriləcək "G20" sammiti çərçivəsində iyunun 28-də görüşəcəklər.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Ağ ev nümayəndəsinin məlumatına əsasən, görüş Yaponiya vaxtı ilə saat 14:00-da Osaka şəhərində baş tutacaq.
Xatırladaq ki, çərşənbə günü Yaponiyaya yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandıran Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarının yaxşı keçəcəyinə ümidvar olduğunu demişdi.
Qeyd edilir ki, "G20" sammiti çərçivəsində keçiriləcək görüş zamanı ABŞ və Rusiya prezidentlərinin İran, Ukrayna, Suriya, Yaxın Şərq də daxil olmaqla regional təhlükəsizlik, silahlanmaya nəzarət və ikitərəfli münasibətlərin yaxşılaşdırılması məsələlərini müzakirə edəcəkləri bildirilir.