logo

Tbilisidə yenidən etiraz aksiyası başlayıb

22:36 26-06-2019 | icon 2835
Tbilisidə yenidən etiraz aksiyası başlayıb

Gürcüstan müxalifəti fasilə vermədən yeddinci gündür ki, etiraz aksiyası keçirir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  kii, iyunun 26-da Tbilisidə parlament qarşısına toplaşan aksiya iştirakçılarının əsas tələbi daxili işlər naziri Qeorqi Qaxarianın istefasıdır.

Mitinqin təşkilatçılarından olan Serqo Qalstyan deyib ki, bu günədək ən əsas tələb iyunun 20-dən 21-nə keçən gecə baş vermiş iğtişaşlarda həbs olunanların azadlığa buraxılması idi:" Bu tələbimiz yerinə yetirilsə də, sonuncu tələbimiz də müsbət nəticə verənədək aksiya davam edəcək".

Xatırladaq ki, Gürcüstan Baş prokurorluğu iyunun 20-də keçirilən mitin zamanı kütləvi iğtişaşların törədilməsində şübhəli bilinə deputat Nika Melianın (müxalif Vahid Milli Hərəkat Partiyasının deputatı) həbsinə icazə verilməsi ilə bağlı parlamentə müraciət edib.

Parlamentin komitələri və bürosu N.Melianın deputat toxunulmzalığının ləğvinə razılıq verib. Analitiklərin fikrincə, deputatın həbsi yeni etraz dalğalarına səbəb olacaq.