Tbilisidə iyunun 20-21-də keçirilən etiraz aksiyaları ilə bağlı aparılan araşdırmaların nəticəsində 10 polis əməkdaşı işdən çıxarılıb. Onlardan ikisi cinayət məsuliyyətinə cəlb olunub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Mamuka Çelidze bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, həmin günlər dinc xarakterli aksiyalarda sonradan zorakılığa yol verilib və polis qanunla nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə etməyə məcbur olub.
Polis əməkdaşlarının əməlləri ilə bağlı müvafiq materiallar araşdırılması üçün Baş Prokurorluğa göndəriləcək.