İyunun 29-da ABŞ prezidenti Donald Tramp Cənubi Koreyaya iki günlük səfər edəcək.
YeniAvropa "Yonhap" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya lideri administrasiyasının nümayəndəsi Ko Min Çjun məlumat verib.
Onun sözlərinə görə, “Amerika - Cənubi Koreya alyansının gücləndirilməsi və Koreya yarımadasının tam nüvəsizləşdirilməsi vasitəsilə sülhün bərqərar olması üçün ikitərəfli əməkdaşlığın yolları” iyunun 30-da baş tutacaq ABŞ və Koreya Respublikası liderlərinin sammitində danışıqların əsas mövzuları olacaq.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequs da Donald Trampın iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək Böyük İyirmilik (G20) qrupunun sammitindən dərhal sonra Cənubi Koreyaya səfər edəcəyini bildirmişdi.