Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ailə üzvləri ilə birlikdə İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə keçirilən seçkilərdə səsvermədə iştirak edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, səsvermədən sonra KİV nümayəndələrinə açıqlama verən Türkiyə dövlətinin başçısı bildirib ki, seçkinin nəticələrini İstanbulda izləyəcək.
Qeyd edək ki, səsvermə Türkiyə vaxtı ilə 17:00-da (Bakı vaxtı ilə 18:00) başa çatacaq. Televiziya kanalları saat 21:00-dan sonra sərbəst şəkildə seçkiyə dair verilişlər yaya bilərlər.
Türkiyə Ali Seçki Komissiyası tərəfindən günün sonunadək səsvermənin ilkin nəticələri barədə məlumat veriləcəyi gözlənilir.