Azərbaycanlı rəssamların əsərləri Luvr muzeyində sərgilənir
Dünyanın ən məşhur muzeylərindən biri olan Parisdəki Luvr muzeyinin Karusel sərgi salonunda 24-cü “Art Shopping” Beynəlxalq Müasir İncəsənət Sərgisi açılıb.
YeniAvropa xəbər verir ki, sərgidə azərbaycanlı rəssamlar - Məryəm Ələkbərli, Əsmər Nərimanbəyova, Ziba Əliyeva, Səfrəndə Məmmədova və Sahib Əsədlinin əsərləri nümayiş edilir.
İstedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinin Luvr muzeyinin Karusel sərgi salonunda sərgilənməsi artıq ənənəyə çevrilib. Bu dəfə rəssamın 25 əsərindən ibarət “Şərq nağılları” adlı yeni kolleksiyası sənətsevərlərə təqdim olunub. Ziyarətçilər Məryəm Ələkbərlinin həyat duyğularını rənglər dünyasına çevirərək yaratdığı tablolarını çox sevirlər. Sərgi ziyarətçiləri onun tablolarını heyranlıqla seyr edib, gənc rəssamın rəng seçiminə heyran qalırlar. Fransanın məşhur aktyoru, kolleksiyaçı Jerar Depardyönün Məryəm Ələkbərlinin 7 rəsm əsərini şəxsi kolleksiyasına daxil edib. Gənc rəssam Məryəm Ələkbərlinin yeni kolleksiyası Parisdə Luvr muzeyinin Karrusel salonundan sonra mayın 30-dan iyunun 2-dək La Baule şəhərinin Alantia Konqres Sarayında, iyunun 8-dən 10-dək isə Biaritz şəhərində “Casino Barriere”də təşkil olunacaq “Art Shopping” sərgisində nümayiş olunacaq.
Görkəmli azərbaycanlı rəssam, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, xalq rəssamı Toğrul Nərimanbəyov və tanınmış heykəltəraş, Azərbaycanın əməkdar rəssamı Elmira Hüseynovanın ailəsində dünyaya göz açmış, rənglər dünyasında böyümüş Əsmər Nərimanbəyovanın yaradıcılığına ailəsindəki mühit böyük təsir göstərib. Əməkdar rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənib. O, azərbaycanlı gənc rəssamların əsərlərinin beynəlxalq sərgilərdə nümayiş etdirilməsi, onların tanınması üçün əlindən gələni əsirgəmir.
Ziba Əliyeva artıq bir neçə ildir “Art Shopping” sərgisində iştirak edir. O, əsərlərində neftdən boya kimi istifadə edir.
Son illər “Art Shopping” Beynəlxalq Müasir İncəsənət Sərgisində azərbaycanlı rəssamların uğurlu iştirakı ənənəyə çevrilib. Onların əsərləri ziyarətçilər tərəfindən maraqla qarşılanır.
Sərgisi mayın 26-dək davam edəcək.
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək