logo

Gəncədə 49 yaşlı qadını avtomobil vurdu

21:12 06-02-2019 | icon 3983
Gəncədə 49 yaşlı qadını avtomobil vurdu

Gəncə şəhərində piyadanı avtomobil vurub.

YeniAvropa xəbər verir  ki, şəhər sakini, 1970-ci il təvəllüdlü Səfurə Bahadur qızı Atakişiyevanı yolu keçmək istəyərkən onu avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.