Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının qərarı, həmçinin iki ölkənin səhiyyə nazirlərinin əməkdaşlıq haqqında razılaşmalarına əsasən İran həkimlərinin Bakıda müayinə və müalicə xidmətlərini həyata keçirməsi üçün Azər-İran klinikası yaradılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Tədbirdə Səhiyyə Nazirliyinin rəhbərliyi və Tehrandan gələn nümayəndə heyəti iştirak edib.
Klinikanın açılmasında məqsəd iki ölkə arasında tibb və səhiyyə sahəsində əməkdaşlığı genişləndirməkdir. Belə ki, İrandan dəvət olunmuş həkimlər öz sahələrinə uyğun olaraq xəstələri müayinə və müalicə edəcəklər.