Noyabrın 24-də Bakıda Mərkəzi Klinikanın təşkilatçılığı ilə l Beynəlxalq Stomatologiya Konqresi keçirilir.
YeniAvropa xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Türkiyədən və digər ölkələrdən mütəxəssislər də iştirak edirlər.
Əvvəlcə konqresdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən klinikanın baş direktoru Həsən Qəndilov Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin səhiyyənin inkişafına təkan verdiyini deyib, bu sahədə görülən işlərdən danışıb. Baş direktor, həmçinin klinikada tətbiq olunan ən son yeniliklər barədə məlumat verib. O, yerli və xarici mütəxəssislərin təcrübə mübadiləsinin stomatoloqlar üçün faydalı olacağını bildirərək konqresin işinə uğurlar arzulayıb.
Tədbir müxtəlif mövzularda məruzələrlə davam edib.