İstanbulun Esenyurt Bələdiyyəsinin sədri Ahmet Özerin saxlanılması istiqamətində başladılan araşdırma PKK terror təşkilatının üzvlərindən ələ keçirilən, eyni zamanda, separatçı təşkilatın İraqın şimalında yerləşən Kandil bölgəsindəki rəhbərliyinə göndərilən sənədlər əsasında aparılıb.
YeniAvropa xəbər verir ki, əldə olunan sübutlara görə, terror təşkilatının başçısı Abdullah Öcalan ilə həbsxanada keçirilən görüşdə Özerin “demokratik muxtariyyət” layihəsində vəzifələndirilməsinin uyğun görüldüyü ilə bağlı danışıqların aparıldığı müəyyən edilib.
Bunun ardından Ahmet Özerin rabitə cihazlarının dinlənməsi nəticəsində, onun təxminən 10 il ərzində PKK/KCK terror təşkilatına üzvlüyü səbəbindən hüquqi prosesə cəlb olunan 694 fərqli şəxs, eləcə də terror təşkilatının rəhbərlərindən olan və qırmızı bülletenlə axtarılan Remzi Kartal ilə 14 dəfə görüşdüyü müəyyən edilib.
Faktla bağlı mətbuata açıqlama verən Türkiyənin ədliyyə nazirliyi Yılmaz Tunç məhkəmənin ən doğru qərarı verəcəyini vurğulayıb.