logo

Azərbaycan Dünya Bankı ilə  "COP29"da görüləcək işləri müzakirə edib

12:12 25-10-2024 | icon 1869
Azərbaycan Dünya Bankı ilə  "COP29"da görüləcək işləri müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində görüləcək işlər müzakirə edilib.

YeniAvropa xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

"İllik Toplantılar çərçivəsində növbəti görüş Dünya Bankının Əməliyyatlar üzrə icraçı direktoru xanım Anna Byerde ilə baş tutdu. Görüşdə ölkəmizin Dünya Bankı ilə əməkdaşlıq prioritetləri, COP29 çərçivəsində görüləcək işlər, gündəlikdə olan mühüm təşəbbüslər və Dünya Bankının bu istiqamətdə potensial dəstək imkanları ətrafında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.