logo

Laçının kəndlərinə qar yağıb

21:21 21-10-2024 | icon 595
Laçının kəndlərinə qar yağıb

Şərqi Zəngəzurun dağlıq hissələrinə yağan qar bu gün Laçın rayonunda da müşahidə olunub.

YeniAvropa xəbər verir ki, əsrarəngiz təbiəti ilə seçilən Mirik və Quşçu kəndlərinə payız mövsümündə qar yağıb. Bu gün, həmçinin Şuşa-Laçın yolunun bəzi yerlərinə də qar düşüb. Qar Şuşa rayonu Turşsu kəndində də müşahidə edilib.