logo

Azərbaycan Könüllü Təşkilatları İttifaqına yeni sədr seçilib

12:52 21-10-2024 | icon 455
Azərbaycan Könüllü Təşkilatları İttifaqına yeni sədr seçilib

Oktyabrın 21-də Bakı Konqres Mərkəzində Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) IV hesabat-seçki konfransı keçirilib. Tədbirdə AKTİ-yə üzv təşkilatların rəhbərləri, media nümayəndələri, bir sıra rəsmi qonaqlar və könüllülər iştirak ediblər.

YeniAvropa xəbər verir ki, konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra AKTİ-nin ötən illərə dair yekun hesabatını özündə əks etdirən videoçarx nümayiş olunub.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov AKTİ-nin ölkəmizdəki könüllülük hərəkatında rolunu, könüllülük hərəkatının Azərbaycanda güclü bir qüvvəyə çevrildiyini vurğulayıblar. Eyni zamanda, prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində könüllülüyün günümüzdəki inkişaf səviyyəsinə çatması, Azərbaycanda geniş vüsət almış könüllülük fəaliyyətinin aparıcı gücünün məhz gənclər olması qeyd edilib.