logo

İlham Əliyev Tunis prezidentini təbrik edib

20:20 11-10-2024 | icon 2359
İlham Əliyev Tunis prezidentini təbrik edib

Prezident İlham Əliyev oktyabrın 11-də Tunis Respublikasının prezidenti Zati-aliləri cənab Kays Sayidə təbrik məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli cənab prezident,

Tunis Respublikasının  prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Tunis arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsi və möhkəmlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Tunis xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram".