logo

Şuşada türkdilli ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilir

13:13 08-10-2024 | icon 1939
Şuşada türkdilli ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilir

Türk Dövlətləri Təşkilatının və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilir.

YeniAvropa xəbər verir ki, tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak edirlər.

Tədbir çərçivəsində TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin ikitərəfli memorandumlarının, “Türktransplantın yaradılmasına dair Niyyət Protokolu”nun imzalanması nəzərdə tutulur.