Baş məşqçi cüdoçularımızın dünya çempionatındakı çıxışından təəssüflənir
“Fərdi yarışlarda bütün cüdoçularımız ilk “yeddiliy”ə düşməyi bacardılar. Bu, heç də pis nəticə deyil. Amma idmançılarımızın potensialını nəzərə alsaq, düşünürəm ki, bundan da yaxşısına nail ola bilərdilər”.
YeniAvropa xəbər verir ki, bu sözləri gənc cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Məmmədov Tacikistanın paytaxtı Düşənbədə keçirilmiş dünya çempionatı ilə bağlı danışarkən deyib.
42 yaşlı mütəxəssis yığma üzvlərinin rəqiblərinə ani səhv ucbatından məğlub olduqlarını söyləyib: “Cüdoçularımızın hər birinə böyük ümid bəsləyirdik. Süleyman Şükürov (81 kiloqram) niderlandlı idmançı ilə 1/4 final görüşündə adi səhvə görə məğlub duruma düşdü. Kənan Nəsibovdan (+100 kiloqram) da finalda daha yaxşı performans gözləyirdim. Nizami İmranov (60 kiloqram) yarımfinalda, Vüsal Qələndərzadə (73 kiloqram) isə ikinci qarşılaşmasında yaponiyalı rəqibləri ilə bacara bilmədilər. Bildiyiniz kimi, yaponlar cüdoda dominantdırlar. Bizə də problem yaradan məhz yaponların klassik güləşləridir. Onlar bu cəhətdən bizdən üstündürlər. Gələcəkdə bunun üzərində işləmək lazımdır. Amma Vüsal ötən il dünya çempionu adını qazanmış cüdoçumuzdur. Ani səhv onu medalsız qoydu. Cüdoçularımızın mundialda belə çıxışı təbii ki, təəssüf hissi doğurur. Amma bu idmandır, hər an hər şey baş verə bilər. Ümumilikdə komandanın hər bir üzvü medal uğrunda güləşdi. Bundan sonra səhvlərimizin üzərində işləyib daha yaxşı nəticələr üçün çalışacağıq”.
O, Azərbaycan yığmasının komanda yarışlarında 4-cü yeri tutmasına da münasibət bildirib: “Yarımfinalda Fransa ilə başabaş mübarizə apardıq. Heç də onlardan geri qalmadıq. Hesab 3:3 olarkən Vüsalın diqqətsizliyinə görə finala adlaya bilmədik. Bu səhv olmasaydı, tarixi qələbə qazana bilərdik. Fikrimcə, belə şeylərin baş verməsi idmanda, xüsusilə də cüdoda normal haldır. Əsas odur ki, heç bir komandadan zəif olmadığımızı göstərdik”.
Millinin ötən ay Estoniyada təşkil olunmuş Avropa çempionatında həm fərdi, həm də komanda yarışlarında 1-ci olduğunu xatırladan baş məşqçi mundialda mübarizənin daha qızğın getdiyini vurğulayıb: “Düzdür, Avropa çempionatında kifayət qədər yaxşı nəticələr əldə etdik. Amma dünya çempionatı bütün turnirlərdən daha çətin və gərgin keçir. Çünki burada dünyanın, əsasən də Asiya ölkələrinin ən güclü gənc cüdoçuları iştirak edirlər”.
Qeyd edək ki, Azərbaycan cüdoçuları mundialın fərdi yarışlarını 3 medalla başa vurublar. Yığmanın heyətində Süleyman Şükürov (81 kiloqram) və Əjdər Bağırov (100 kiloqram) bürünc, Kənan Nəsibov (+100 kiloqram) gümüş medal qazanıb.
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq
Tramp Ukraynanı taleyin ümidinə buraxmayacaq-“Politico”
İlham Əliyev Şavkat Mirziyoyevlə Xankəndidə tikiş fabrikinin açılışını edib
“Xəzər-Qara dəniz-Avropa” enerji dəhlizinin texniki-iqtisadi əsaslandırmasının vəziyyəti dəyərləndirilib
Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub
Rusiya Azərbaycanla birgə karbon poliqonu yaradacaq
Azərbaycan nefti 74,16 dollara satılır
Faktiki hava: Bölgələrdə yağış yağıb, şimşək çaxıb
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiaları üzrə qərar qəbul edib
Antoni Blinken Hakan Fidanla Cənubi Qafqazda sülhü müzakirə ediblər
Xəzərdə 3,3 ballıq zəlzələ olub
Göyçayda 37 yaşlı kişi suda batıb
İtaliyanın baş naziri Azərbaycana səfərə gəlib
İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb
İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər-Antonio Quterreş
İlham Əliyev Qərbin ikili standartlarından təəssüflənib
Bakıda "Lion"u çox çətin oyun gözləyir-“Qarabağ”ın prezidenti
Sabah Bakıda arabir yağış yağacaq, 12° isti olacaq
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək-İlham Əliyev
Azərbaycan COP29-un sədri kimi ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq