Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ-ın Tbilisidəki səfirliyini ciddi tənqid edib. Onun sözlərinə görə, ABŞ səfirliyi Gürcüstanda dezinformasiya məkanına çevrilib.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ səfirliyinin yaydığı bütün xəbərlər dezinformasiya və ya manipulyasiya xarakteri daşıyır. Bu isə əlbəttə ki, ölkənin ümumi demokratik dəyərlərinə ziddir.
“Gürcüstanın adı ingilis dilində Georgiadır. Lakin bu, Gürcüstanın ABŞ-ın ştatı anlamına gəlmir”, -deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın mərkəzi Atlanta şəhəri olan Corciya ştatının da yazılışı elə Gürcüstan kimi-Georgiya yazılır.
Xatırladaq ki, Gürcüstanda seçkiqabağı kampaniyanın ən qızğın vaxtında ABŞ səfirliyinin sosial media səhifəsində “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası və onun qurucusu və fəxri sədri Bidzina İvanişviliyə tənqidi yanaşan banerlər yerləşdirilib.