logo

9 ayda “Azəri-Çıraq-Günəşli”nin gəlirləri 630,2 milyon $ azalıb

11:55 07-10-2024 | icon 2639
9 ayda “Azəri-Çıraq-Günəşli”nin gəlirləri 630,2 milyon $ azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun(ARDNF) cari ilin doqquz ayı ərzində “Azəri-Çıraq-Günəşli”(AÇG) yataq bloku üzrə gəlirləri 630,2 milyon dollar və ya 12,04 faiz azalıb.

YeniAvropa Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, AÇG yatağından cari ilin əvvəlindən oktyabrın 1-i tarixinə 4 milyard 603,8 milyon dollar gəlir əldə olunub.

Ötən ilin müvafiq dövründə AÇG yatağından 5 milyard 234 milyon dollar gəlir əldə edilmişdi.