logo

“Neftçi”nin baş məşqçi ilə 2 illik müqaviləsi cəmi 4 ay çəkdi

11:11 07-10-2024 | icon 1078
“Neftçi”nin baş məşqçi ilə 2 illik müqaviləsi cəmi 4 ay çəkdi

Paytaxtın “Neftçi” futbol komandası baş məşqçisi Roman Qriqorçukla yollarını ayırır.

YeniAvropa Ukrayna mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis klub rəhbərliyinə müraciət edərək, vəzifəsindən ayrılmağa hazır olduğunu bildirib. O, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi üçün heç bir təzminat tələb etməyəcəyini vurğulayıb.

Son qərarın klubdaxili iclasda veriləcəyi və təcrübəli çalışdırıcının istefasının qəbul olunacağı gözlənilir.

Qeyd edək ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı.