logo

Milli Məclisin üzvləri Qazaxıstandakı referendumu müşahidə edəcəklər

11:55 05-10-2024 | icon 1148
Milli Məclisin üzvləri Qazaxıstandakı referendumu müşahidə edəcəklər

Milli Məclisin deputatları Qazaxıstanın Astana şəhərində səfərdədirlər.

YeniAvropa xəbər verir ki, bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və deputatlar Aydın Mirzəzadə, Anar Məmmədov Milli Məclisin xətti ilə, Elman Nəsirov, Azər Badamov, Müşfiq Məmmədli isə Türk Dövlətləri Təşkilatının müşahidə missiyasının tərkibində Qazaxıstanda oktyabrın 6-na təyin olunmuş referendumu müşahidə edəcəklər.

Deputatlarımız Qazaxıstanda Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı keçiriləcək referenduma hazırlığın səviyyəsi ilə maraqlanacaq, yaradılmış şəraitlə yaxından tanış olacaq, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.