logo

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Azərbaycanda səfərdədir

10:50 04-10-2024 | icon 679
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Azərbaycanda səfərdədir

Türkiyənin ədliyyə naziri Yılmaz Tunçun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

YeniAvropa xəbər verir ki, qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olan şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb və onların xatirəsinə ucaldılan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Türkiyəli nazirin başçılıq etdiyi nümayəndə heyəti 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş Türk şəhidlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə əklil qoyub.

Ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, ikigünlük səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaq.