logo

AQTA “Rigs” hoteldə yemək verilməsinə qadağa qoyub 

10:30 04-10-2024 | icon 938
AQTA “Rigs” hoteldə yemək verilməsinə qadağa qoyub 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) əməkdaşları tərəfindən paytaxtın  Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 27 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Arzumanov Valeh Cahangir oğluna məxsus “Rigs” hotelinin qida blokunda  keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, qida blokunda temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması üçün ayrıca sahələrin təşkil edilmədiyi, mətbəxdə tavanın tamlığının pozulduğu, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı müəssisə rəhbərliyi barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib, qida blokunda xidmətlərin göstərilməsi dayandırılıb.