logo

Bakıda MDB Feldyeger Rabitəsinin Koordinasiya Şurasının iclası keçirilib

12:52 02-10-2024 | icon 616
Bakıda MDB Feldyeger Rabitəsinin Koordinasiya Şurasının iclası keçirilib

Bakıda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sədrliyi ilə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Hökumətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 38-ci iclası keçirilib.

YeniAvropa xəbər verir ki, iclasda MDB üzv dövlətlərinin feldyeger rabitəsi xidmətləri üzrə nümayəndə heyətləri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, məzarlar önünə əklil və gül dəstələri qoyublar.

Tədbirdə açılış nitqi ilə çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev xidmət adından iclas iştirakçılarını salamlayıb, iclasın gedişatına uğurlar arzu edib.

İclasda Koordinasiya Şurasının iştirakçı dövlətlərin başçıları, hökumət və mərkəzi icra hakimiyyəti orqanları arasında rəsmi yazışmaların (korrespondensiyaların) operativ və təhlükəsiz şəkildə çatdırılması məsələlərinin tənzimlənməsi barədə müzakirələr aparılıb.

İclasın yekunlarına dair protokol imzalanıb.