Azərbaycan və Səudiyyə Ərəbistanın baş prokurorluqları memorandum imzalayıb
Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığının baş prokuroru Şeyx Səud bin Abdullah Əl-Mucibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüş zamanı Kamran Əliyev xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyədə olduğunu vurğulayıb. O, bu sahədə dövlət başçıları İlham Əliyevin və Kral Salman bin Əbdül-Əziz Əl Səudun misilsiz xidmətlərini qeyd edib.
Ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışan Kamran Əliyev həmin konfransın dövlətlərarası yeni əməkdaşlıq formatlarının yaradılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.
Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağında Səudiyyə Ərəbistanı Krallığının iştirakından məmnunluğunu ifadə edən Kamran Əliyev bunun əlaqələrimizin inkişafına böyük töhfə verəcəyini bildirib.
Daha sonra baş prokuror Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığının Baş prokurorunu noyabrın 15-də Baş Prokurorluq və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi tərəfindən Bakıda təşkil olunacaq “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” mövzusundakı Yüksək Səviyyəli plenar sessiyaya dəvət edib.
Şeyx Səud bin Abdullah Əl-Mucib rəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib.
Sonda ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
Sumqayıtda 58 yaşlı qadın toyda ölüb
Azərbaycan diasporu Pokrovskaya yarmarkasında iştirak edib
Sel suları Hacıqabulda ciddi fəsadlar törədib
"U-21" millimiz Şimali İrlandiyaya məğlub olub
İzmir və İstanbulda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
Əbu-Dabi “Böyük Dəbilqə”si:Cdoçumuz qızıl medal qazanıb
Gələn ildən ilk mərhələdə Turşsuya 50 ailə köçürüləcək
Əbu-Dabi “Böyük Dəbilqə"si: Cüdoçumuz qızıl görüşünə çıxacaq
Qubada ağır avtoqəza:Ölən var
“Mingəçevir Reqatası-2024”ün rəsmi açılışı Füzulidə keçiriləcək
Sahibkarlar Prezident İlham Əliyevdən imdad diləyirlər: Bizi bank soyğunçuluğundan xilas edin!
Yaxud “Bank of Baku“ ilə hakimlərin marağı harada toqquşur?
Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir
Milli Məclis Niderland parlamentinin Nümayəndələr Palatasının qətnamələrinə münasibət bildirib
Slovakiya millisi Bakıya ciddi itki ilə gəlir
Sabah Bakıda qısamüddətli yağış yağacaq,22° isti olacaq
Ölkədaxili sərnişin qatarlarında sürət həddi endirilib
“Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium keçirilir
İlham Əliyev İspaniya kralını təbrik edib
Azərbaycan nefti 80,63 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Sabiq deputat İqbal Məmmədov 10 milyonluq vergi borcunun bir hissəsini ödəyib
Xəzər dənizində zəlzələ baş verib
XIN Niderland Parlamentinin iki qətnaməsini pisləyib
İlham Əliyev Tunis prezidentini təbrik edib
ICESCO-nun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib