logo

Milli Məclisdə xarici müdaxilələrə qarşı komissiya yaradılıb

15:15 30-09-2024 | icon 679
Milli Məclisdə xarici müdaxilələrə qarşı komissiya yaradılıb

Milli Məclis Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması barədə qərar layihəsini təsdiqləyib.

YeniAvropa xəbər verir ki, qərar layihəsi VII çağırış parlamentin payız sessiyası çərçivəsində sentyabrın 30-da keçirilən ilk iclasının gündəliyinə daxil edilib.

Qərar layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq yekdilliklə qəbul olunub.

Qeyd edək ki, komissiyanın sədri Ramid Namazov seçilib.