Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək
Oktyabrın 4-də ADA Universitetində Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək. Beynəlxalq forum Elm və Təhsil Nazirliyi, Dünya Təhsil Forumu və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və ADA Universitetinin təşkilatçılığı ilə hibrid formatda reallaşacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, ekoloji təhsilə, xüsusilə təhsilin yaşıllaşdırılması ideyasına diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən və COP29 ideyasını özündə ehtiva edən beynəlxalq forum “Daha təhsilli gələcək” devizi ilə baş tutacaq. Forumun əsas məruzəçiləri Dünya Təhsil Forumunun direktoru Dominik Savaj ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerdir.
Forum ekoloji savadlılıq və davranış mədəniyyəti, təhsildə yaşıl çağırışlar və öhdəliklər, yaşıl bacarıqlar strategiyası - təhsilin gələcəyi və ekoloji innovasiyalar, təhsildə liderlik və ekoloji səmərəlilik, yaşıl öyrənmə mühiti və müəllim hazırlığı, təhsildə iştirakçılıq və əməkdaşlıq ekosistemi mövzularını əhatə edəcək.
Tədbir çərçivəsində “Təhsildə hansı yaşıl çağırışlar var və bu çağırışlar hansı öhdəliklər yaradır?”, “Təbiətlə dost olan şagirdlərin yetişdirilməsi üçün hansı addımların atılmasına ehtiyac var?”, “Ekoloji savadlılıq və davranış mədəniyyətinin inkişafına təkan vermək üçün təhsildə hansı ənənəvi yanaşmaları yeni yanaşmalarla əvəz etmək lazımdır?”, “Yaşıl məktəb ideyası mövcud kurikulumlara necə inteqrasiya olunmalıdır?” sualları ətrafında müzakirələr aparılacaq.
Forumda onlayn iştirakçı linkini vatsap kanalına qoşularaq əldə etmək olar.
Sumqayıtda 58 yaşlı qadın toyda ölüb
Azərbaycan diasporu Pokrovskaya yarmarkasında iştirak edib
Sel suları Hacıqabulda ciddi fəsadlar törədib
"U-21" millimiz Şimali İrlandiyaya məğlub olub
İzmir və İstanbulda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
Əbu-Dabi “Böyük Dəbilqə”si:Cdoçumuz qızıl medal qazanıb
Gələn ildən ilk mərhələdə Turşsuya 50 ailə köçürüləcək
Əbu-Dabi “Böyük Dəbilqə"si: Cüdoçumuz qızıl görüşünə çıxacaq
Qubada ağır avtoqəza:Ölən var
“Mingəçevir Reqatası-2024”ün rəsmi açılışı Füzulidə keçiriləcək
Sahibkarlar Prezident İlham Əliyevdən imdad diləyirlər: Bizi bank soyğunçuluğundan xilas edin!
Yaxud “Bank of Baku“ ilə hakimlərin marağı harada toqquşur?
Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir
Milli Məclis Niderland parlamentinin Nümayəndələr Palatasının qətnamələrinə münasibət bildirib
Slovakiya millisi Bakıya ciddi itki ilə gəlir
Sabah Bakıda qısamüddətli yağış yağacaq,22° isti olacaq
Ölkədaxili sərnişin qatarlarında sürət həddi endirilib
“Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium keçirilir
İlham Əliyev İspaniya kralını təbrik edib
Azərbaycan nefti 80,63 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Sabiq deputat İqbal Məmmədov 10 milyonluq vergi borcunun bir hissəsini ödəyib
Xəzər dənizində zəlzələ baş verib
XIN Niderland Parlamentinin iki qətnaməsini pisləyib
İlham Əliyev Tunis prezidentini təbrik edib
ICESCO-nun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib