logo

AŞ PA-nın payız sessiyasının gündəliyi açıqlanıb

13:13 25-09-2024 | icon 609
AŞ PA-nın payız sessiyasının gündəliyi açıqlanıb

Sentyabrın 30-dan oktyabrın 4-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının(AŞ PA)  payız sessiyası keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Assambleyanın payız sessiyasında Şimali Makedoniya Respublikasının xarici işlər naziri Timço Mucunski və Avropa Şurasının yeni baş katibi Alain Bersetin çıxışı gözlənilir. Litvanın xarici işlər naziri, Nazirlər Komitəsinin sədri Qabrielius Landsbergis bu qurumun ənənəvi kommunikasiyasını təqdim edəcək və parlamentarilərin suallarını cavablandıracaq.

Sessiyasında, həmçinin, Cülyan Asanjın (Julian Assange) saxlanması və mühakimə olunması, bunun insan hüquqlarına təsirləri barədə, eləcə də Avropada təbliğat və məlumat azadlığı ilə bağlı müzakirələrin aparılması planlaşdırılıb.

Assambleyanın payız sessiyasında Avropa Şurasının İnkişaf Bankının Reykyavik Bəyannaməsini həyata keçirmək üçün Bankın rəhbəri Karlo Montisellinin çıxışı, eləcə də Bosniya və Herseqovinanın öhdəliklərinə əməl etməsi, virtual aləmin (metavers) riskləri və əlverişliliyi, insanın qida hüququnun təmin edilməsinə dair müzakirələr aparılacaq.

Həmçinin miqrantların qeyri-qanuni alverinə qarşı mübarizədə ümumi Avropa yanaşması və itkin düşmüş miqrantların, qaçqınların və sığınacaq axtaranların taleyinin aydınlaşdırılmasına dair birgə debatlar keçiriləcəyi nəzərdə tutulub.