BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək məqsədilə ABŞ-da səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
YeniAvropa xəbər verir ki, Nyu-Yorkdakı “Türk Evi”də baş tutan görüşdə Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi və Azərbaycan-Ermənistan sülh danışıqları müzakirə olunub.
Prezident Ərdoğan bildirib ki, rəsmi Ankara Azərbaycan ilə Ermənistan arasında daimi sülhün bərqərar olmasında, yeni dövrdə iki ölkə arasında möhkəm dostluğun qurulmasına tərəfdardır və bu istiqamətdə səylərini davam etdirəcək.
Türkiyə lideri, həmçinin dialoq prosesinin davam etdirilməsinə dəstəyini ifadə edib.