logo

DİM dövlət qulluğuna test imtahanı keçirir

09:29 22-09-2024 | icon 2324
DİM dövlət qulluğuna test imtahanı keçirir

Sentyabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirir.

DİM-dən YeniAvropa-ya  bildirilib ki, Bakı və Naxçıvan şəhərlərində təşkil olunan imtahan kompüterlər vasitəsilə keçirilir. İmtahan vermək üçün 132 nəfər qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Buraxılış vərəqəsində imtahanın yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.