logo

Avropa İttifaqı Rusiyanın 1,4 milyard avrosunu Ukraynaya yardıma göndərib

13:13 17-09-2024 | icon 1806
Avropa İttifaqı Rusiyanın 1,4 milyard avrosunu Ukraynaya yardıma göndərib

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan 1,4 milyard avro mənfəəti Ukraynaya hərbi yardım göstərmək üçün istifadə edib.

YeniAvropa xəbər verir ki, bu barədə Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis bildirib. Onun bəyanatını Avropa Komissiyasının mətbuat xidməti yayıb.

"Rusiya aktivlərindən əldə edilən gəlirin birinci tranşı həyata keçirilib. Avropa Sülh Fondu vasitəsilə artilleriya sursatları və hava hücumundan müdafiə vasitələri də daxil olmaqla, prioritet avadanlıqların tədarükü üçün 1,4 milyard avro ayrılıb. Sifarişlər Ukrayna müdafiə sənayesi tərəfindən yerinə yetirilir”, - deyə sənəddə qeyd olunur.