logo

7 ayda Azərbaycanda 58 mindən çox körpə doğulub

18:18 13-09-2024 | icon 1071
7 ayda Azərbaycanda 58 mindən çox körpə doğulub

Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycan Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 58 min 401 doğulan körpə qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı statistik məlumatda qeyd olunub. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11-dən 9,8-ə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 1928-i əkiz, 84-ü üçəm və 4-ü isə dördəm doğulub.