logo

MSK müsavatçı Mustafa Hacılının müraciətini əsassız sayıb

16:56 13-09-2024 | icon 1057
MSK müsavatçı Mustafa Hacılının müraciətini əsassız sayıb

Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınmış Mustafa Hacılının müraciəti əsassız sayılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 13-də keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.

Onun sözlərinə görə, 8 saylı Binəqədi birinci seçki dairəsindən Müsavat Partiyasından deputatlığa namizədliyi qeydə alınmış Mustafa Hacılı müraciət edərək, seçki prosesində qanun pozuntularına yol verildiyini bildirib.

A.Muxtarova qeyd edib ki, müraciətlə bağlı 200-dən artıq fakt və əsaslar toplanıb. Müəyyən olunub ki, təqdim edilən şikayətlə bağlı müraciətin heç bir əsası yoxdur.