"Formula 1 Azərbaycan Qran-Pri"sinin birinci sərbəst yürüşündə qəza baş verib.
YeniAvropa xəbər verir ki, yürüş zamanı “Ferrari"nin monakolu pilotu Şarl Leklerin bolidi döngədə təhlükəsizlik üçün qoyulmuş maneəyə çırpılıb.
Qəza 15-ci döngədə baş verib. Avtomobil trasdan çıxarılıb.
Qeyd edək ki, sərbəst yürüşdə 10 komanda mübarizə aparır.