“Coca-Cola” Fondunun dəstəyi ilə yeni ekoloji layihəyə start verilib
“Coca-Cola” Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi, “EcoHub” İctimai Birliyinin təşəbbüsü ilə plastik tullantıların təkrar emalını təşviq etmək məqsədi ilə yeni ekoloji layihəyə start verilib.
YeniAvropa xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi plastik tullantıların düzgün idarə olunması və təkrar emalını təşviq edərək ətraf mühitin qorunmasına və təbii resursların səmərəli istifadəsinə töhfə verməkdir.
“EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Tükəz Hüseynova bildirib ki, layihə əhalini təkrar emala təşviq etmək üçün növbəti imkandır: “Bildiyiniz kimi, plastik tullantıların təbiətdə yox olması yüz illərlə vaxt tələb edir. Plastiklərin təbiətə təsirini azaltmaq və təkrar emalı dəstəkləmək üçün tərəfdaşlarımız ilə birgə yeni layihəyə başlamışıq. Paytaxtda əhalinin sıx məskunlaşdığı dörd ünvanda plastik tullantılar üçün təkrar emal qutuları yerləşdirmişik. Toplanan plastiklər mütəmadi olaraq təkrar emal müəssisələrinə yönləndirilir və beləliklə təbiət mühafizə olunur”.
Layihə müddətində “Bravo” hipermarketlərinin (“Koroğlu” m/s, “20 yanvar” m/s, Əhmədli qəsəbəsi, Babək prospekti) qarşısında yerləşdirilmiş təkrar emal konteynerləri vasitəsilə plastik tullantıların toplanması təmin edilir. Bu konteynerlər, müştərilərin istifadə etdiyi plastik qablaşdırma materiallarını və digər plastik tullantıları təkrar emal üçün təhvil vermələrini asanlaşdırır. Belə ki, vətəndaşlar rahatlıqla plastik tullantıları gətirib göstərilən ərazilərdə olan xüsusi dizayn edilmiş təkrar emal qutularına ataraq aksiyada iştirak edə bilərlər.
Layihənin əsas dəstəkçisi olan “Coca-Cola” şirkətinin Avrasiya üzrə ictimaiyyətlə əlaqələr direktoru Elşad Fərzəliyev layihə çərçivəsində plastik tullantıların təkrar emalının əhəmiyyəti ilə bağlı maarifləndirmə işlərinin də görüldüyünü deyib: “Sevindirici haldır ki, “Coca-Cola” və “EcoHub”ın “Tullantısız Dünya” şəbəkəsi genişlənir. Artıq “Bravo” hipermarketləri də bu təşəbbüsə qoşulur. İnanırıq ki, ekoloji layihələrimizə dəstək olanların sayı bundan sonra da çoxalacaq”.
Qeyd edək ki, “Coca-Cola” özünün “Tullantısız Dünya” proqramı çərçivəsində 2030-cu ilə qədər bazara çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi hədəfləyir. Bu istiqamətdə Azərbaycanda bu günə qədər “Təmiz Ölkəm”, “Sıfır tullantı”, “HORECA Collection”, “Xəzəri Qoruyaq” kimi layihələrə dəstək olub.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov